Azərbaycanda zəlzələ baş verdi

Şirvan rayonunda zəlzələ baş verib.

APA-nın Zəlzələlərin tədqiqatı bürosuna istinadla xəbərinə görə, yerli vaxtla saat 21:50-də Şirvan  stansiyasından 12 km cənub-şərqdə Şirvan rayonunda zəlzələ qeydə alınıb.  Yeraltı təkanların maqnitudası 3 bal, dərinliyi 19 km olub.

Zəlzələ hiss olunmayıb.  
 

Mənbə: Lent.Az/a>