MS və “Liverpul” növbəti dəfə qələbə qazandı

Dekabrın 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunun oyunlarına start verilib.

Sedainfo.az xəbər verir ki, turnir cədvəlinin lideri “Manmester Siti” klubu “Etihad” stadionunda “Volverhemton” komandasını qəbul edib.

Görüş “şəhərli”lərin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Pep Qvardiolanın yetirmələrinin heyətində yeganə qolun müəllifi 66-cı dəqiqədə Rahim Sterlinq olub.

Çempionluğa iddialı “Liverpul” doğma azarkeşlər önündə “Aston Villa” komandasını qəbul edib. Bu oyunda da azarkeşlər bir qolun şahidi olublar. “Liverpul”a qələbə qazandıran qolun müəlifi 67-ci dəqiqədə Məhəmməd Salah olub. Misirli ulduz hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.

Ötən tur məğlubiyyətlə üzləşən, eyni zamanda liderliyini itirən “Çelsi” klubu cari mövsüm zəif oyun nümayiş etdirən “Lids Yunayted” komandasını qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 5 qol vurulub. London təmsilçiləri 3:2 hesabı ilə qələbə qazanaraq vacib üç xal qazanıblar.

Turun digər görüşlərində “Southemton” səfərdə “Arsenal” (3:0), “Uotford” isə “Bredford”a (2:1) məğlub olub.

Günün son və hazırda davam edən maçında “Norviç Siti” “Mançester Yuneyted” komandasını qəbul edir.