Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi HƏBS EDİLDİ

Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişinin təminatı departamentinin aparıcı məsləhətçisi Aleksandr Lopatini ev dustaqlığına buraxıb.

 

Sedainfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ev dustaqlığının müddəti 2022-ci il fevralın 7-dək müəyyən edilib.

A.Lopatin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.