Bakıda qadın özünü binadan atıb
Bakıda qadın özünü hündürmərtəbəli binadan ataraq intihar edib.
Sedainfo.az xəbər verir ki, hadisə paytaxtında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Uğur 2” MTK-ya məxsus yaşayış kompleksində baş verib.
Həmin binada yaşayan qadın özünü 5-ci mərtəbədən ataraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.