Bu universitetin baş müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib.

Bu barədə “Sedainfo.az“a universitetdən bildirilib.

72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olub.