Uşaq bağçalarında mindən çox nöqsan AŞKARLANDI
Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamaların nəticələrini açıqlayıb.
Agentlikdən Sedsainfo.az-a verilən məlumata görə, oktyabrın 4-dən başlayaraq Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirilib.
Monitorinqlər zamanı 205 bağçada 1236 nöqsan aşkar edilib.
Qeyd edək ki, bununla bağlı artıq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.