Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var
Biləsuvarda avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb.
Sedainfo.az-n xəbərinə görə, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü İlqar Mehman oğlu Atakişiyev “BMW” markalı avtomobillə Biləsuvar şəhərində hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.
Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.