“Rabitəbank” “Green Friday” kampaniyasına start verib

“Rabitəbank”da nağd pul kreditinə əfsanəvi endirim!

Endirim fürsətlərindən faydalanmaq üçün noyabrın son həftəsini gözləyən müştərilərinə “Rabitəbank”dan əla təklif! Bank “Qara cümə” trendinə qoşularaq özünəməxsus “Green Friday” kampaniyasına yenidən start verir.

 

26-29 noyabr tarixlərində nağd pul krediti götürmək istəyən müştərilər aşağıdakı fürsətlərdən yararlana biləcəklər:

Həm yeni, həm də dövri müştərilər “Rabitəbank”ın nağd pul kreditini heç bir sığorta komissiyası ödəmədən əldə edə bilərlər.
Kreditin illik faiz dərəcəsi isə cəmi 13,5%-dir, üstəlik kredit müddətindən asılı olmayaraq illik faiz dəyişilməz qalacaq. 36 ay müddətinədək təklif edilən nağd pul kreditinin maksimal məbləği 30 000 AZN-dir.
İstəklərinizə yaşıl işıq yandıracaq bu fürsəti qaçırmamaq üçün Bankın sizə yaxın filialına yaxınlaşa, rəsmi veb-saytdan (https://rbt.az/green-friday), “Rabita Mobile” tətbiqindən (http://rbt.az/rbm) və ya “RabitaBot” çatbotu vasitəsilə “Telegram” və “Messenger” üzərindən onlayn sifariş edə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək üçün Bankın 133 – Çağrı Mərkəzi xidmətinizdədir.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.