Azərbaycan və Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanın səfiri Elnur Sultanov Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb.
APA-nın xəbərinə görə, səfir bu barədə “Twitter”də bildirib.
Görüşdə Azərbaycan və Latviya arasında müdafiə sahəsində əməkdaşlığın gündəliyi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.