“Azərbaycanın İsraildə səfirliyinin açılmasını vacib hesab edirik” – POLİTOLOQ
“Ötən həftə İsrail Baş naziri Naftali Bennettlə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı baş tutdu. Uzun müddət hər iki ölkə “Mavi Mərmərə” böhranına görə siyasi-diplomatik əlaqələri aşağı səviyyədə idi”
Bunu “Hürriyyət.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O Türkiyə və İsrail əlaqələrinin bərpası məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması labüddür:
“Regionda dəyişən geosiyasi şərtlər, hər iki ölkənin əvvəlki əlaqələrinin bərpasına gətirməsini labüd edir. Türkiyə və İsrail əlaqələrinin bərpası, üçtərəfli Ankara-Təl-əviv və Bakı platformasının yaradılması mümkündür. Türkiyə və İsrail əlaqələrinin bərpası, Azərbaycanın İsraildə səfirliyinin açılmasina labüd edir.
Milli Cəbhə partiyası olaraq Azərbaycanın İsraildə səfirliyinin açılmasını vacib hesab edirik. İsrailin vətən müharibəsində Azərbaycana verdiyi dəstək və iki ölkə xalqları arasında dostluq münasibətlərini nəzərə alıb, artıq səfirlik məsələsində konkret addımlar atılmalıdır”.