DSX Akademiyası tələbəsinin intiharı ilə bağlı cinayət işi başlanıb
Dövlət Sərhəd Xidmət (DSX) Akademiyası tələbəsinin intiharı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.