Ermənistanla sərhəddə şəhid olan hərbçilərin xatirəsi parlamentdə 1 dəqiqəlik sükutla yad edilib
“Noyabrın 16-da erməni təxribatı nəticəsində şəhid olan əsgərlərimiz var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr təklif edib ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Təklif qəbul olunub, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.