Vladimir Putin üçtərəfli razılaşmaların həyata keçirməsi üçün səylərin artırılacağını bildirib

 

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

APA nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı liderlər ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər.

Putin və Makron Belarusla Avropa İttifaqı sərhədində miqrant böhranı ilə bağlı vəziyyətə toxunublar. Hər iki tərəf Ukraynanın cənub şərqindəki münaqişənin həllində irəliləyişin olmamasından da narazılıqlarını bildiriblər.

Dövlət başçıları Qarabağla bağlı vəziyyəti də müzakirə ediblər. Vladimir Putin Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirməsi üçün səyləri davam etdirəcəklərini qeyd edib.