Parlamentdə gələn ilin dövlət büdcəsi müzakirə edilir
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsi müzakirə edilir.
APA-nın məlumatına görə, layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 26 816 000,0 min manat, xərclərinin 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərinin 25 874 497,0 min manat, yerli gəlirlərinin 941 503,0 min manat, mərkəzləşdirilmiş xərclərinin 28 900 041,0 min manat, yerli xərclərinin 978 959,0 min manat) məbləğində təsdiq edilməsi təklif olunur.