Niger millimizi keçdi
Dünya çempionatlarının seçmə mərhələlərinin ümumi cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi siyahıda bir pillə geriləyib.
Komandamız mundial arzusunda olan bütün yığmalar arasında 149-cudur. İndiyədək qatıldığı 7 seçmə mərhələdə cəmi 36 xal toplayan yığmamız Nigeri də önə buraxıb. Afrika təmsilçisi eyni qədər xala malikdir. Lakin daha yaxşı top fərqi onları 148-ci sıraya daşıyıb.
7 qələbə, 15 heç-heçə və 44 məğlubiyyəti olan millimiz 34 qol vurub, 122-ni buraxıb. Afrika təmsilçisi 10 qələbə, 6 heç-heçə və 19 məğlubiyyətlə eyni xal yığıb. Nigerin top fərqi 33-63-dür.
Qeyd edək ki, indiyədək 215 yığma seçmə mərhələdə çıxış edib.