“Həmsədrlər oyundankənar vəziyyətdə qalıblar” – POLİTOLOQ

“ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 10-da Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Həmsədrlər bu görüşlərdən bir gün sonra ortaq bəyanatla çıxış ediblər”

1553514748_1507876010_elxan.jpgHürriyyət.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. O həmsədrlər və xarici işlər nazirlərinin görüşündə müzakirə olunan məsələləri şərh edib:

“Birincisi, həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-Yorkda başlanan danışıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə ediblər.

İkincisi, həmsədrlər və nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasını da müzakirə ediblər.

Üçüncüsü, həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqləyiblər.

Dördüncüsü, həmsədrlər həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırıblar”.

Politoloq artıq həmsədlərin fəaliyyət sahəsinin qalmadığını deyib. O, təkcə rusiyalı diplomatın rahat olduğunu vurğulayıb. Çünki, Rusiya Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib:

“Növbəti bəyanatları da boş söz yığnağıdır. Həmsədrlər özləri də anlayırlar ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin də əhəmiyyəti yoxdur. Həmsədlərin içərəsində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib. Bu bəyanatın mətnindən də görsənir ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb. Bəyanatda vurğulanan “məhbusların dəyişdirilməsi”, “minaların təmzinlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər – Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə gəldikdə isə o vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib”.