Gələn il ünvanlı sosial yardım üçün 208 milyon manat ayrılacaq

“Növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur: “Eyni zamanda əhalinin mənzilə olan tələbatını qarşılaşmaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 % artırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq: “Növbəti ilin dövlət büdcəsidə hesabına kadr hazırlığının maliyyələşdirilməsində güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.