Gələn il Hesablama Palatasına büdcədən ayrılan vəsait məlum olub
Gələn il Hesablama Palatası aparatının (Hesablama Palatasının Naxçıvan MR üzrə idarəsi istisna olmaqla) xərclər smetası 10 085 531 manat olacaq.
APA-nın məlumatına görə, bu, “Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bu vəsaitin 9 154 866 manatı əməyin ödənişi üçün nəzərdə tutulub.