DÇ-2022-nin seçmə oyunu ilə bağlı tələb – təkrar keçirilməlidir

DÇ-2022-nin seçmə mərhələsinin Afrika zonasında keçirilən Qana – CAR oyunu qalmaqala səbəb olub.

Apasport.az saytının məlumatına görə, matçın taleyini meydan sahiblərinin qola çevirdiyi mübahisəli penalti həll edib.

1:0 hesablı qələbə ilə rəqibinə çatan Qana əlavə göstəricilərdə qrup qalibi olub. CAR isə Qətər-2022 şansını itirib.

Hakim qərarından narazı qalan cənubi afrikalılar FİFA və Afrika Futbol Konfederasiyasına şikayət ünvanlayıb. CAR futbol federasiyası oyunun yenidən keçirilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, Afrika zonası üzrə seçmə mərhələdə VAR tətbiq olunmur.