Cənubi Afrika yazıçısı vəfat etdi
Tarixi və macəra romanlarının müəllifi Cənubi Afrika yazıçısı Uilbur Smith vəfat edib.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 89 yaşlı yazıçı Keyptaundakı evində gözlənilmədən dünyasını dəyişib.
Smit 1933-cü ildə Şimali Rodeziyada mühacir ailəsində anadan olub. O, “Şirlər bayram edəndə”, “Yuvarlanan ildırım”, “Çay tanrısı” və digər kitabları ilə tanınır .