“Azneft” hava şəraiti ilə əlaqədar 28 neftçini təxliyə edib

Respublika ərazisində hava şəratitinin kəskin dəyişməsi, qeyri-sabit və yağıntılı keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyi dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, faktiki əsən küləyin sürətindən asılı olaraq təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.