Azərbaycanda pambıq istehsalı azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 183 917 ton pambıq istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 20,9% azalıb.
Hesabat dövründə ölkədə 73,7 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,5% azdır.
Bununla yanaşı, cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib.