Azərbaycanda bu il 1 800-dən çox avtomobil istehsal olunub
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 862 vahid minik avtomobili istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,4% çoxdur.
Təkcə oktyabr ayında 346 vahid avtomobil buraxılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 14,6% çoxdur.
Qeyd edək ki, noyabrın 1-nə hazır avtomobil ehtiyatı 365 vahid təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılıb. İstehsal yalnız iyunda bərpa olunub.