Azərbaycan çempionu rəmzi komandada
Yaponiya futbol tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi heyət 4-4-2 sistemi ilə qurulub.
Rəmzi “11-lik”də Azərbaycan çempionu Keysuke Honda da yer alıb. Ötən mövsümdə “Neftçi” ilə Premyer Liqanın qalibi olan yarımmüdafiəçi ən yaxşı yaponiyalı futbolçular sırasına düşüb.
Qapıçı: Yoşikatsu Kavaquçi;
Müdafiəçilər: Yuto Naqatomo, Yuji Nakazava, Masami İhara, Yasuhiko Okudera;
Yarımmüdafiəçilər: Şunsuke Nakamura, Hidetoşi Nakata, Keysuke Honda, Şinji Kaqava;
Hücumçular: Kazuyoşi Miura, Kunişiqe Kamamoto.